Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimləri davam edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimləri davam edir

Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimləri davam edir


Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlər davam edir.

Təlimlərin yeddinci və səkkizinci günlərində - avqustun 16-17-də iştirakçılara müharibə şəraitində dağ yürüyüşü, gecə düşərgəsi, pusqu və pusqudan qorunma üsulları, həmçinin silahla davranmaq qaydaları tədris olunub. Çətin relyefli dağlıq ərazidə düşərgə quran jurnalistlərə iki gün ərzində dağ şəraitində təlimlər keçirilib.

Avqustun 20-dək davam edəcək təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimlərdə AZƏRTAC-ın müxbiri Nicat Məmmədov da iştirak edir.

Təlimlərin məqsədi jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılmasıdır. Təlimlərdə müharibə, təbii fəlakətlər, fövqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, ilk yardımın göstərilməsi, suda həyatda qalma, hava və dəniz əməliyyatları, xəritənin oxunması, sosial hadisələr, qaçqın düşərgələri, fövqəladə hallarda texnologiya və informasiya təhlükəsizliyi, inandırma strategiyaları, avtomobilin idarə olunması, girov götürülmə simulyasiyaları, pusqudan müdafiə üsulları, fövqəladə hallarda media idarəçiliyi, yayım prinsipləri və digər mövzularda 26 dərs keçiriləcək. Dərslərin 60 faizi praktiki hissədən ibarət olacaq. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərə də qatılacaqlar.

Təlimləri uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Anadolu Agentliyinin Xəbər Akademiyası tərəfindən 2012-ci ildən indiyədək təşkil edilən təlimlərə 118-i əcnəbi olmaqla, 327 media nümayəndəsi qatılıb.

Geri dön