Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Texniki Universitetinin yeni loqosu hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan Texniki Universitetinin yeni loqosu hazırlanıb

Azərbaycan Texniki Universitetinin yeni loqosu hazırlanıb


Azərbaycan Texniki Universitetinin (AzTU) yeni loqosu hazırlanıb.

Universitetdən bildirilib ki, loqonun tərtibatında təhsil, texniki, etibarlı, standart kimi açar sözlərdən istifadə olunub. Loqo şərti olaraq AzTU sözü kimi oxunur. Loqonun üzərində tacı xatırladan hissə, açılmış kitabın öndən görünən hissəsi kimi əks olunub. Bu da simvolun elm və təhsil mərkəzinə məxsus olduğunu bildirir. Açılmış kitab görüntüsünün ən üst hissədə yerləşməsi isə təhsilin vacibliyini ifadə edir.

Loqoda istifadə olunan digər elementlər də müasir dövrün texniki xarakteristikasını özündə əks etdirir.

Yeniliklər bununla bitmir. Belə ki, yaxın vaxtlarda AzTU-nun yenilənmiş saytının da istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, həm loqo, həm də saytın tərtibatı haqqında geniş məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Geri dön