Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalid Hüseyninin Əfqanıstan haqqında yazdığı əsərlər Rusiyada maraqla qarşılanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Xalid Hüseyninin Əfqanıstan haqqında yazdığı əsərlər Rusiyada maraqla qarşılanıb

Xalid Hüseyninin Əfqanıstan haqqında yazdığı əsərlər Rusiyada maraqla qarşılanıb


Əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin yazdığı kitabların satışı Rusiyada avqustun 16-da pik həddinə çatıb. Bu, “Taliban”ların yerli hakimiyyəti devirdikləri tarixə təsadüf edib.

TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın “LitRes” kitab satışı kompaniyası məlumat yayıb.

Bildirilib ki, Əfqanıstanda baş verən hadisələrin fonunda Xalid Hüseyninin əsərlərinin satışı əvvəlki həftələrə nisbətən bir neçə dəfə artıb.

X.Hüseyni 1965-ci ildə Əfqanıstanın Kabil şəhərində diplomat ailəsində anadan olub. 1980-ci ildə onun ailəsi ABŞ-da siyasi sığınacaq alıb. Onun romanlarının süjeti Əfqanıstanda törədilən faciəvi hadisələr fonunda cərəyan edir, əsərin qəhrəmanları olan adi insanlar müharibə və siyasi çevrilişlərin qurbanlarına çevrilir.

Geri dön