Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa birinciliyinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Avropa birinciliyinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparır

Avropa birinciliyinin ikinci günündə Azərbaycanın 3 cüdoçusu mübarizə aparır


Azərbaycanın yeniyetmələrdən ibarət cüdo komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa birinciliyində çıxışını davam etdirir.

qitə birinciliyinin ikinci günündə - avqustun 18-də daha 3 cüdoçumuz qüvvəsini sınayır. Belə ki, təmsilçilərimiz Qədir Hüseynov (66 kq), Məmmədrza Hacızadə və Toğrul İbrahimov (hər ikisi 73 kq) tatami üzərinə çıxacaq.

Qeyd edək ki, mötəbər yarışın ilk günü Azərbaycan milli komandası 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Cüdoçularımızdan Xəyal Həsənov (50 kq), İslam Rəhimov (55 kq) və Aydan Vəliyeva (48 kq) Avropa çempionu olublar. Aydın Rzayev (60 kq) gümüş, Babarəhim Mirzəyev (50 kq) və Zahir Ağazadə (60 kq) bürünc medal qazanıblar.

Yekunda 6 medal qazanan millimiz komanda hesabında birinci yeri tutub. Nüfuzlu yarışda 37 ölkənin komandası mübarizə aparır. Milli komandamız Avropa birinciliyinə 14 cüdoçu (10 oğlan, 4 qız) ilə qatılıb.

Geri dön