Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Həqiqətin onomastikası” adlı nəşr indiki Ermənistan ərazisində tarixi-coğrafi adların saxtalaşdırılmasından bəhs edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, Kitab evi > “Həqiqətin onomastikası” adlı nəşr indiki Ermənistan ərazisində tarixi-coğrafi adların saxtalaşdırılmasından bəhs edir

“Həqiqətin onomastikası” adlı nəşr indiki Ermənistan ərazisində tarixi-coğrafi adların saxtalaşdırılmasından bəhs edir


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələri əsasında tərtib olunan “Həqiqətin onomastikası” adlı nəşr oxucuların istifadəsinə verilib. Kitabın ideya müəllifi akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, müəllifləri isə filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru Nazim Mustafadır.

Gərgin tədqiqat işinin bəhrəsi olan bu kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. “Şərq-Qərb” nəşriyyatında ərsəyə gələn “Həqiqətin onomastikası” əsərində indiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşıdırılmasına həsr olunub. Kitab Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Məktəbi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Azərbaycan Dillər Universitetinin birgə əməyinin məhsuludur.

Oxucuların böyük marağına səbəb olacaq nəşrdə erməni vandalizminin və saxtakarlığının nümunəsi kimi indiki Ermənistan ərazisində tarixən yaşamış Azərbaycan türklərinin izlərini silmək üçün onlara məxsus olan 1600-dən artıq toponimin kütləvi şəkildə dəyişdirilməsindən və saxtalaşdırılmasından, bir vaxtlar azərbaycanlıların yaşadığı məntəqələrin məqsədli şəkildə Yer üzündən silinməsindən bəhs olunur.

Kitabda indiki Ermənistan ərazisində vaxtilə mövcud olan Azərbaycan mənşəli toponimlərin xəritəsi də verilib.

Geri dön