Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Baş Prokurorluq: Özünü çoxmərtəbəli binadan ataraq intihar edən şəxslə bağlı araşdırmalar aparılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Baş Prokurorluq: Özünü çoxmərtəbəli binadan ataraq intihar edən şəxslə bağlı araşdırmalar aparılır

Baş Prokurorluq: Özünü çoxmərtəbəli binadan ataraq intihar edən şəxslə bağlı araşdırmalar aparılır


Cari il iyunun 23-də 1964-cü il təvəllüdlü Həsənov İlham İbaş oğlunun paytaxtın Nəsimi rayonu ərazisində çoxmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə Nəsimi Rayon Prokurorluğuna məlumat verilib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma zamanı müəyyən olunub ki, həmin ünvanda yerləşən binanın 9-cu mərtəbəsindəki mənzildə alçıpan vurulması işlərində fəhlə işləyən İlham Həsənov çay içmək adı ilə binanın 12-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə ataraq intihar edib.

Mərhum İlham Həsənovun maddi, xidməti və s. cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, ləyaqəti alçaltma, hədə-qorxu gəlmə hallarına məruz qalması müəyyənləşdirilmədiyindən araşdırma üzrə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilib.

Toplanmış material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə rayon prokuroru tərəfindən həmin qərar ləğv olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

Geri dön