Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkilləri ANS-in əməkdaşlarına hücumu pislədilər (VİDEO)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Millət vəkilləri ANS-in əməkdaşlarına hücumu pislədilər (VİDEO)

Millət vəkilləri ANS-in əməkdaşlarına hücumu pislədilər (VİDEO)


Peşə borcunu yerinə yetirən ANS-in əməkdaşlarına fiziki zor tətbiqinə bu gün millət vəkilləri münasibət bildirib. Onlar bunu ölkə qanunlarının pozulması adlandırıb.

Peşə fəaliyyəti zamanı jurnalistə qarşı fiziki zor tətbiqi, jurnalisti təhqir etmək ölkə qanunlarının kobud şəkildə pozulması deməkdir. Millət vəkilləri bu fikirdədirlər ki, “Kütləvi İnformaiya Vasitələri haqqında” qanunun hər hansı bir məmur tərəfindən pozulması xüxusilə yolverilməzdir.

Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, hər bir məmur KİV nümayəndələrinin ondan informasiya almaq hüququna malik olduğunu başa düşməlidir: “Əgər o öz hərəkətlərində, davranışlarında, fəaliyyətində ciddi nöqsanlara yol veribsə, bu nöqsanları çalışıb özü düzəltməlidir”.

Millət vəkili Fərəc Quliyev isə qeyd edib ki, jurnalistə qarşı belə davranış cinayət tərkibli olan bir hadisədir. Onun fikrincə, hətta jurnalistin kamerasının ya kasetinin alınması, insanı təhqir eləmə məmura yaraşmayan bir hadisədir: “Əgər bunu adi bir vətəndaş edirsə, başa düşüləndir, lakin məmurlara bu məsələdə güzəşt olunmamalıdır. Çünki bu hadisə çox pis bir ənənənin əsasını qoymuş olar”.

Xatırladaq ki, ANS televiziyasının Göyçay rayonundakı bölgə müxbiri Günel İsayeva və operator Rəşad Rəşidov peşə fəaliyyətlərini yerinə yetirərkən Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyev tərəfindən təhqirlərə məruz qalıb. Hadisə nəticəsində əməkdaşlarımız fiziki və mənəvi təzyiqə məruz qalıb, ANS-ə məxsus kamera və avadanlıqlara ziyan dəyib. Hazırda hadisə ilə bağlı cinayət işi açılıb. Daxili İşlər Nazirlyinin açıqlamasına görə, fakt Cinayət Məcəlləsinin 163-cü, yəni jurnalistin qanuni peşə fəaliyyətinə mane olma maddəsinə uyğun olaraq araşdırılır.


Geri dön