Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ-da güclü daşqınlar nəticəsində 35 nəfər itkin düşüb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > ABŞ-da güclü daşqınlar nəticəsində 35 nəfər itkin düşüb

ABŞ-da güclü daşqınlar nəticəsində 35 nəfər itkin düşüb


ABŞ-ın Şimali Karolina ştatında “Fred” tropik qasırğasının səbəb olduğu güclü daşqınlar nəticəsində azı 35 nəfər itkin düşüb.

CNN telekanalına istinadla xəbər verir ki, itkin düşənlərin axtarışı və əhalinin təhlükəsizliyinin təmin olunması üçün qasırğadan daha çox zərər görən rayonlara xilasedici qruplar göndərilib. Hazırda 50-dən çox insan müvəqqəti sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, Karib dənizində Puerto-Rikodan cənubda formalaşan “Fred” tropik qasırğası artıq posttropik siklon səviyyəsinə ensə də, tornadoya səbəb ola biləcək və küləyin sürəti saatda 70 milə (112 kilometrə) çatan tufan gözlənilir.


Geri dön