Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaqut Qarayeva: “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Yaqut Qarayeva: “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir

Yaqut Qarayeva: “SinoVac” peyvəndi təhlükəsiz və effektivdir


Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə istifadə edilən Çin istehsalı olan “SinoVac” peyvəndi təhlükəsiz və effektivdi

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, Azərbaycan “SinoVac” vaksinindən kütləvi şəkildə istifadə edilir: “Guya həmin peyvənd effektsiz olduğu üçün 3-cü doza vaksinasiyada “Pfizer”dən istifadə edilməsi fikri yanlışdır. Şəxsən mən 3-cü doza üçün də “SinoVac ” peyvəndini vurdurmuşam. Bu, mənim seçimimdir. Bir sıra tibb işçiləri isə “Pfizer” vaksini vurdurublar. Yəni, seçim sərbəstdir. Peyvəndlərin təhlükəsizliyi ilə əlaqədar heç bir narahatlığa əsas yoxdur. Təlimatlara nəzarət edilir və vaksinasiya prosesində iştirak edən tibb işçiləri yalnız təlimatlandırıldıqdan sonra işə cəlb edilirlər”.


Geri dön