Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsrail Suriyada “Hizbullah” və İrana bağlı qüvvələrin silah anbarlarını darmadağın etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İsrail Suriyada “Hizbullah” və İrana bağlı qüvvələrin silah anbarlarını darmadağın etdi

İsrail Suriyada “Hizbullah” və İrana bağlı qüvvələrin silah anbarlarını darmadağın etdi


Mərkəzi qərargahı Londonda olan Suriya İnsan Haqları Monitorinq Qrupunun yaydığı məlumata əsasən, İsrail ordusu “Hizbullah”ın və İranın dəstəklədiyi yarı-hərbi qruplaşmaların paytaxt Dəməşqin ətrafında yerləşən hərbi baza və raket sistemlərini, eləcə də onlara məxsus silah anbarları üç raketlə darmadağın edib.


“Əl-Ərəbiyyə” telekanalının isə yaydığı məlumata görə, İsrail raketləri Dəməşq və Homs şəhərləri yaxınlığında yerləşən “Hizbullah” və İrana bağlı “Əl-məzə” və “Cəbəl Qasiyun” hərbi hava bazalarını hədəfə alaraq məhv edib. Raket zərbələri nəticəsində hər iki bazada dəhşətli partlayışların baş verdiyi bildirilir.


Bildirilir ki, artlayış səsləri paytaxt Dəməşqdə də eşidilib. Raket zərbələri nəticəsində “Hizbullah” terror qruplaşmasından və İrana bağlı yarı-hərbi qüvvələrdən ölənlərin olub-olmaması barədə məlumat yayılmayıb.


Xatırladaq ki, İsrail ordusu avqustun üç gün əvvəl, yəni avqustun 17-də də Suriyada İranın dəstəklədiyi yarı-hərbi qüvvələrin mövqelərinə hava hücumu həyata keçirmişdi.


Qeyd edək ki, İsrail ordusunun hava qüvvələri 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladığı vaxtdan indiyədək, bu ölkədə fəaliyyət göstərən “Sepah”ın və “Hizbullah” terror təşkilatlarının hərbi baza və silah anbarlarını yüzlərlə dəfə bombardman edib.


Bununla da həmin qruplaşmaların İsrail sərhədlərinə yaxınlaşmasının və onların bu ölkəyə qarşı təxribat xarakterli fəaliyyətinin qarşısı alınıb.

Geri dön