Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİN: Ötən gün 66 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > DİN: Ötən gün 66 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb

DİN: Ötən gün 66 nəfər COVID-19 pasportu olmadığına görə toy şənliklərinə buraxılmayıb


Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 23-də Bakıda və respublikanın digər ərazilərində 11 toy şənliyinin monitorinqini aparıblar.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, monitorinqlər 8 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib. COVID-19 pasportu olmadığına görə 66 nəfər toy şənliklərinə buraxılmayıb.

Geri dön