Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Neylufər Mehdiyeva: Şuşalılar Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma yurdlarına qayıtdılar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Neylufər Mehdiyeva: Şuşalılar Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma yurdlarına qayıtdılar

Neylufər Mehdiyeva: Şuşalılar Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma yurdlarına qayıtdılar


Həm sevincliyəm, həm də kədərli. Sevinirəm ona görə ki, torpaqlarımız azad olunub, Şuşaya qayıtmışıq. Artıq Şuşa yad əldə deyil. Eyni zamanda, kədərlənirəm ki, biz buradakı xatirələrimizdən 30 ildir uzaq qalmışdıq, qəbiristanlıqlarımızı, yaxınlarımızın qəbirlərini ziyarət edə bilmirdik, evlərimiz dağıdılıb.

Bu sözləri Şuşada açıqlamasında şəhər sakini Neylufər Mehdiyeva söyləyib.

Uzun illərdən sonra Şuşaya qayıdan Neylufər Mehdiyeva deyib: “1992-ci il mayın 8-də gecə saat 2-yə işləmiş evdən çıxıb Turşsuya qədər piyada getdim. Hərbi postlarımızı axtardım ki, hərbçilərimizə xəbər verim. Xəbər verim ki, Şuşa tək başına qalıb. Təəssüflər olsun ki, çox keçmədən ermənilər xəyanət nəticəsində şəhəri ələ keçirdilər. Burada evimiz, işimiz-gücümüz var idi... Şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şuşalılar doğma yurdlarına qayıtdılar. Allah cavanlarımızı qorusun, şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun”.

Qeyd edək ki, bu gün şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarında növbəti səfəri başlayıb. Səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.

Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.

Geri dön