Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi üzrə apellyasiya müraciəti üçün qeydiyyat başlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi üzrə apellyasiya müraciəti üçün qeydiyyat başlanır

Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi üzrə apellyasiya müraciəti üçün qeydiyyat başlanır


Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsahibə mərhələsində uğur qazanmayan namizədlər bu gün saat 17:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat avqustun 30-u saat 11:00-da başa çatacaq.

Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Geri dön