Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Günəşli” yatağında bədbəxt hadisə baş verib, iki neftçi dünyasını dəyişib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > “Günəşli” yatağında bədbəxt hadisə baş verib, iki neftçi dünyasını dəyişib

“Günəşli” yatağında bədbəxt hadisə baş verib, iki neftçi dünyasını dəyişib


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən «Günəşli» yatağında baş verən bədbəxt hadisə ilə əlaqədar açıqlama yayıb.

Bədbəxt hadisə oktyabrın 29-da “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən istismar olunan “Günəşli” yatağında yerləşən 3 saylı dərin dəniz özülündəki 125 saylı quyuda əsaslı təmir işləri zamanı baş verib. Nəticədə NQÇİ-nin qazmaçısı Gözəlov Nəhmət Absalam oğlu və qazmaçı köməkçisi Qazıyev Fikrət Əziz oğlu hadisə zamanı aldıqları xəsarətdən dünyasını dəyişib.

Məlumata görə, əsaslı təmir işləri NQÇİ-nin əməkçiləri tərəfindən aparılan gündəlik istehsalat proseslərindəndir və bu proseslər zamanı riayət olunmalı əməyin mühafizəsi qaydaları işçilərə yaxşı məlumdur: “İlkin araşdırmalar göstərir ki, əsaslı təmir işləri zamanı bütün işçilər, o cümlədən N.Gözəlov və F.Qazıyev lazımi fərdi mühafizə vasitələrindən istifadə ediblər. Hadisə ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ARDNŞ-nin müvafiq qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılıb. Hadisənin səbəbləri araşdırılır”.

Geri dön