Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tokio Yay Paralimpiya Oyunlarının yeddinci günündə 6 idmançımız mübarizə aparacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Tokio Yay Paralimpiya Oyunlarının yeddinci günündə 6 idmançımız mübarizə aparacaq

Tokio Yay Paralimpiya Oyunlarının yeddinci günündə 6 idmançımız mübarizə aparacaq


"Tokio-2020" Yay Paralimpiya Oyunları davam edir. Paralimpiadanın yeddinci günündə - avqustun 31-də Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Yarış günündə idmançılarımızdan 3-ü atletika, 2-si güllə atıcılığı və digər 1-i isə üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Atletlərimiz Yelena Çebanu, Yulia Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışlarında güclərini sınayacaqlar.

Yelena Taranova və Kamran Zeynalov 10 metr məsafəyə güllə atıcılığı yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.

Tokio Paralimpiadasında 100 metr məsafəyə arxası üstə üzgüçülük yarışlarında qızıl medal qazanan Raman Saleh növbəti cəhdinə çıxacaq. Bu dəfə təmsilçimiz 100 metr məsafəyə sərbəst üsulla üzgüçülük yarışlarında çıxış edəcək. Qeyd edək ki, R.Saleh 50 metr məsafəyə üzgüçülük yarışlarında dördüncü olmuşdu.

Azərbaycan komandasının hesabında 13 medal var. Onlardan 9-u qızıl, 4-ü isə bürüncdür. Paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medala sahib olublar.

Yüz metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Nizə atma yarışlarında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışlarında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Hazırda Azərbaycan medal qazanan 78 ölkə arasında 10-cu pillədə yer alıb.

“Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 35 idmançı təmsil edəcək. Atletlərimizin 23-ü kişi və 12-si qadındır.

XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.

Geri dön