Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilər əsir və girov götürülən Azərbaycan vətəndaşlarına qarşı soyqırımı törədiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Ermənilər əsir və girov götürülən Azərbaycan vətəndaşlarına qarşı soyqırımı törədiblər

Ermənilər əsir və girov götürülən Azərbaycan vətəndaşlarına qarşı soyqırımı törədiblər


Tacikistanın “faraj.tj” portalında Beynəlxalq İtkin Düşmüşlər Günü və Azərbaycanın itkin düşmüş və əsir götürülmüş vətəndaşlarının taleyi barədə tacik dilində material yerləşdirilib.

Məqalədə bütün dünyada silahlı qarşıdurma, şiddət, köç və təbii fəlakətlər nəticəsində itkin düşənlər, onların uşaqları, doğma və əzizlərinin xatirəsi haqqında söhbət açılır.

Yazıda Azərbaycan əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına da yer verilib. Bildirilir ki, 1990-cı illərdən bu günədək Azərbaycanda 3890 itkin düşən adam qeydə alınıb.

Onların 3171-i hərbçi, 719-u mülki vətəndaşdır. Əsir götürülənlərin 267-si qadın, 326-sı qoca, 71-i həddi-buluğa çatmayan uşaqdır.

Materialda Xocalı faciəsi haqqında da məlumat verilir. Vurğulanır ki, bir gecənin içində 6 min əhalisi olan Xocalı şəhəri yerlə-yeksan edilib, 612 mülki şəxs öldürülüb, 1000-dən çox vətəndaş müxtəlif dərəcədə xəsarət alıb, 150 nəfər itkin düşüb, 1275 adam-qadınlar, qocalar, uşaqlar əsir götürülüb, onlar dəhşətli işgəncələrə məruz qalıb. Əsirlər və girovlar vəhşicəsinə döyülüb, şikəst edilib, onlara damğa vurulub , dırnaqları və dişləri çıxarılıb.

Bütün bunlar sübut edir ki, erməni tərəfi əsir və girov götürülən Azərbaycan vətəndaşlarına qarşı məqsədyönlü şəkildə soyqırım siyasəti yürüdüb.

Geri dön