Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Vaksin olunaq, sağlam həyata qayıdaq!” devizi ilə maarifləndirmə aksiyası keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > “Vaksin olunaq, sağlam həyata qayıdaq!” devizi ilə maarifləndirmə aksiyası keçirilib

“Vaksin olunaq, sağlam həyata qayıdaq!” devizi ilə maarifləndirmə aksiyası keçirilib


Masallı şəhərində koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə “Vaksin olunaq, sağlam həyata qayıdaq!” devizi ilə maarifləndirmə aksiyası keçirilib.

Aksiya çərçivəsində Masallı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzüvləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin gənc könüllüləri və “Cənubunsəsi.az” xəbər portalının əməkdaşları şəhər sakinləri ilə koronavirus infeksiyasından qorunma yolları, vaksin olunmağın vacibliyi barədə söhbətlər aparıblar.

Qeyd olunub ki, təkcə bu ilin avqust ayında koronavirus infeksiyasından Masallıda 15 nəfər dünyasını dəyişib. Hazırda Rayon Mərkəzi Xəstəxanasında və ev şəraitində onlarla rayon sakini bu xəstəlikdən müalicə alır.

Diqqətə çatdırılıb ki, COVID-19 pandemiyası ilə mübarizədə hər bir vətəndaş məsuliyyətli olmalı, xəstəliyin ciddiliyini nəzərə alaraq vaxtında peyvənd olunmalıdır.

Geri dön