Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 607 mindən çox olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 607 mindən çox olub

Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 607 mindən çox olub


Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 607 mindən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 607 min 337 nəfər yeni koronavirusa yoluxub, 8 min 925 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 218 milyon 511 min 764, ölənlər isə 4 milyon 532 min 509 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (156 min 2 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1232 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (40,1 milyon), Hindistan (32,8 milyon), Braziliya (20,7 milyon), Rusiya (6,9 milyon), Böyük Britaniya (6,7 milyon), Fransa (6,7 milyon) və Türkiyədə (6,3 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Geri dön