Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə “Eurovision 2013” mahnı müsabiqəsində iştirakdan imtina edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türkiyə “Eurovision 2013” mahnı müsabiqəsində iştirakdan imtina edib

Türkiyə “Eurovision 2013” mahnı müsabiqəsində iştirakdan imtina edib


Türkiyə gələn ilin mayında İsveçin Malmo şəhərində keçiriləcək “Eurovision 2013” mahnı müsabiqəsində təmsil olunmayacaq.

Bununla bağlı ölkənin yayımçı televiziya kanalı “TRT” yazılı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Türkiyənin bu addımı atmasına Avropa Yayımları Birliyinin (EBU) iştirakçı ölkələr arasında fərq qoyması, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya və İtaliyanın son illərdə əldə etdiyi uğursuz nəticələrə görə, keçən ildən etibarən tamaşaçıların səsinin 50 faizə endirilməsi, bu ölkələrin yarımfinal mərhələsində iştirak etmədən birbaşa finalda yarışmaları səbəb olub.

Türkiyə bu münasibətin ədalətsiz olduğunu diqqətə çatdırılıb: “İsveçin Malmo şəhərində keçiriləcək “Eurovision 2013" mahnı müsabiqəsinə iqtisadi məsələlər səbəbindən bəzi ölkələrin qatılmayacağı yönündə də xəbərlər almışıq. TRT-nin EBU üzvlüyü çərçivəsində iştirak etdiyi "Eurovision" mahnı müsabiqəsində təmsilçilik qərarı hər yayımçı qurumun öz öhdəsindədir. Bu baxımdan qurumumuz 2013-cü ildə İsveçdə keçiriləcək mahnı yarışmasına qatılmamağa qərar verib. Bundan sonrakı illərdə yarışmaya qatılıb-qatılmayacağımızı yenidən müzakirə edəcəyik”.

Geri dön