Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda UNESCO-nun iştirakı ilə beynəlxalq forum və mədəni irs həftəsi keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Özbəkistanda UNESCO-nun iştirakı ilə beynəlxalq forum və mədəni irs həftəsi keçiriləcək

Özbəkistanda UNESCO-nun iştirakı ilə beynəlxalq forum və mədəni irs həftəsi keçiriləcək


Sentyabrın 14-15-də Özbəkistanın qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumu keçiriləcək . Sentyabrın 13-dən 21-dək isə Daşkənddə, Xivədə və Nukusda Mədəni İrs Həftəsi baş tutacaq.

Tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, linqvistlər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və miniatürlər üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcək.

Ümumiyyətlə foruma dünyanın 46 ölkəsindən gələn 350-dən artıq nümayəndə qatılacaq.

Forumda Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun iştirakı da nəzərdə tutulur.

Mədəni İrs Həftəsi çərçivəsində “Özbəkistanın mədəni irsi-yeni Renessansın bünövrəsi” adlı beşinci konqres də keçiriləcək.

Geri dön