Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gürcüstanda bankı qarət etmək istəyən şəxs həbs edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Gürcüstanda bankı qarət etmək istəyən şəxs həbs edilib

Gürcüstanda bankı qarət etmək istəyən şəxs həbs edilib


“Gürcüstan bankı”nın Kvareli şəhərinin Çavçavadze küçəsindəki filialına silahlı basqın edən şəxs həbs edilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, aparılan danışıqlar nəticəsində girovların hamısı azad olunub, daha sonra terrorist həbs edilib.

Qeyd edək ki, banka silahlı basqın edən şəxs əvvəlcə 3-ü bank əməkdaşı olmaqla 15 nəfəri girov götürmüşdü.

O, girovları azad etmək üçün 500 min dollar pul tələb edirdi.

Terroristin kimliyi barədə məlumat verilmir.

Geri dön