Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalq artisti Mobil Əhmədovun 90 illiyi münasibətilə film-konsert hazırlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Xalq artisti Mobil Əhmədovun 90 illiyi münasibətilə film-konsert hazırlanıb

Xalq artisti Mobil Əhmədovun 90 illiyi münasibətilə film-konsert hazırlanıb


Xalq artisti, professor, vokal məktəbinin gözəl nümayəndəsi, Azərbaycan xalqının zəngin mədəniyyətinin tanıdılması istiqamətində səmərəli fəaliyyət göstərən Mobil Əhmədovun sentyabrın 10-da anadan olmasının 90 illiyi tamam olur. Bununla əlaqədar, Əməkdar artist Ramil Qasımov müəllimi Mobil Əhmədovun əziz xatirəsinə “Ustadımın yolu ilə” adlı film-konsert hazırlayıb.

Ustadı haqqında təəssüratlarını bölüşən Ramil Qasımov deyib: “Ustadımın xatirəsi mənə hər zaman əziz və doğmadır. Yaradıcı nailiyyətlərimə görə ustadım Mobil Əhmədova borclu olduğumu hər zaman qeyd edirəm. “Ustadımın yolu ilə” filmində, zamanında onun Azərbaycan Musiqili Komediya Teatrında indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrında, yaratdığı sənət incilərinin nümunələri toplayaraq, onun ifa etdiyi üslubda yenidən özüm ifa etdim. Bu əsərlərin hər biri Azərbaycan klassik ənənələrinin zənginliyinə köklənir. Eyni zamanda, filmi ərsəyə gətirməkdə məqsəd ustadıma ehtiram və hörmət əlamətidir”.

Qeyd edək ki, “Ustadımın yolu ilə” film-konserti sentyabrın 10-da “Mədəniyyət”, “ARB” və “Xəzər” telekanallarında nümayiş olunacaq.

Geri dön