Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əslən qazax olan 35 nəfər Əfqanıstandan tarixi vətənlərinə gətirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Əslən qazax olan 35 nəfər Əfqanıstandan tarixi vətənlərinə gətirilib

Əslən qazax olan 35 nəfər Əfqanıstandan tarixi vətənlərinə gətirilib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən, sentyabrın 9-da 35 nəfər etnik qazax Əfqanıstandan tarixi vətənlərinə gətirilib.

Kabildən Almatı hava limanına ümumilikdə 41 sərnişin gəlib. Onlar karantin rejimi ilə əlaqədar bir müddət təcrid olunacaqlar.

Təxliyə uçuşu Taliban rejimi ilə razılaşdırılaraq təşkil edilib. Qazaxıstanın Kabildəki səfirliyi əvvəlki reimdə fəaliyyət göstərir və Əfqanıstanda yaşayan qazaxlarla daim əlaqə saxlayır.

Xatırladaq ki, avqustun 18-də Qazaxıstan 25 vətəndaşını Əfqanıstandan təxliyə etmişdi.

Əfqanıstandakı vəziyyətlə əlaqədar, BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) və digər beynəlxalq təşkilatların ofisləri müvəqqəti olaraq Kabildən Almatıya köçürülüb

Geri dön