Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi təsdiq olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi təsdiq olunub

Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyoyevin namizədliyi təsdiq olunub


Özbəkistan Liberal-Demokratik Partiyasının bu gün keçirilən X qurultayında dövlət başçısı Şavkat Mirziyoyevin ölkədə keçiriləcək prezident seçkilərində namizədliyi təsdiq olunub.

Şavkat Mirziyoyev prezidentliyə namizəd kimi cəmiyyətin bütün sahələrini əhatə edən “Yeni Özbəkistanın strategiyası” adlı seçkiqabağı proqramını təqdim edib. Proqram siyasi, iqtisadi, sosial islahatlar, beynəlxalq həyat və digər sahələri əhatə edir.

Şavkat Mirziyoyev deyib ki, növbəti 5 il ərzində Özbəkistan iqtisadiyyatına 120 milyard dollar həcmində sərmayə cəlb olunması nəzərdə tutulur. Bunun 70 milyard dolları xarici sərmayənin payına düşür. Dövlət başçısı vurğulayıb ki, Özbəkistan İnkişaf Bankının yaradılması da qarşıdakı planlara daxildir.

Prezident Əfqanıstanda sülhün və sabitliyin bərpa olunması məsələsinə də toxunub: “Bundan başqa Əfqanıstandakı tərəfdaşlarımızla birgə biz Termez—Məzari Şərif-Kabil-Peşəvər dəmir yolu xəttini inşa edəcək, həmçinin energetika, sənaye və ticarət sahələrində layihələr həyata keçirəcəyik”.

Qeyd edək ki, Özbəkistanda prezident seçkiləri oktyabrın 24-də olacaq.

Geri dön