Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Telefonçu qız” filminin baş rol ifaçısı Ukraynada mükafatlandırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > “Telefonçu qız” filminin baş rol ifaçısı Ukraynada mükafatlandırılıb

“Telefonçu qız” filminin baş rol ifaçısı Ukraynada mükafatlandırılıb


Azərbaycanın sevilən “Telefonçu qız” filmində Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskaya daha bir mükafata layiq görülüb.

Raisa Nedaşkovskaya teatr sənətinin inkişafındakı xidmətinə görə “Kiyevskaya Pektoral” mükafatı alıb.

Mükafatlandırma mərasimindən öncə Kiyevin bir neçə teatrlarının aktyorları tərəfindən səhnəciklər göstərilib. Mükafat təqdim edildikdən sonra çıxış edən R.Nedaşkovskaya göstərdikləri etimada görə təşəkkürünü bildirib. Karyerası haqqında danışan aktrisa kino və teatr sənətini seçdiyi üçün xoşbəxt olduğunu vurğulayıb. O, çıxışında çəkildiyi filmlər haqqında məlumat verərkən Azərbaycan istehsalı olan “Telefonçu qız” filmi haqqında xoş xatirələrini danışıb.

Tədbirin sonunda Ukraynada Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri, Ukraynanın Xalq artisti Qurban Abbasov və müğənni Natalya Kudyaşova musiqili kompozisiya ilə çıxış ediblər.

Geri dön