Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > SEPAH İraqda müxalif kürdlərin mövqelərini bombardman edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > SEPAH İraqda müxalif kürdlərin mövqelərini bombardman edib

SEPAH İraqda müxalif kürdlərin mövqelərini bombardman edib


Müxalif kürdlərə qarşı hava hücumları SEPAH-ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpurun kürd muxtariyyəti rəhbərliyinə xəbərdarlığından üç gün sonraya təsadüf edib.


İrandakı kürd mənbələrinin və İranın “Tabnak” saytının yaydığı məlumata görə, SEPAH qırıcıları bu gün səhər saat 06:00-dan başlayaraq, İraq Kürdüstanı ərazisindəki Helqurd, Bərbəzin və Alanı yüksəkliklərinə zərbələr endirib.


Bildirilir ki, bombardmandan sonra SEPAH həmin yerləri yenidən artilleriya atəşinə tutub.


Yayılan məlumata görə, hava hücumunda müxalif kürdlərin Sidəkan, Çuman və Hacı Omrandakı mövqe və bazaları hədəfə alınıb.


Kürd mənbələrinin bildirdiyinə görə, SEPAH-ın müxalif iranlı kürdlərin mövqelərinə qarşı hava hücumunda pilotsuz uçan təyyarələrdən də istifadə edilib.


Müxalif kürdlərin mümkün itkiləri barədə hələlik hər hansı bir məlumat yayılmayıb.


Geri dön