Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Bu görüş ölkəmizin gələcəyi üçün çox ciddi bir addımdır" - PARTİYA SƏDRİ AÇIQLADI
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > "Bu görüş ölkəmizin gələcəyi üçün çox ciddi bir addımdır" - PARTİYA SƏDRİ AÇIQLADI

"Bu görüş ölkəmizin gələcəyi üçün çox ciddi bir addımdır" - PARTİYA SƏDRİ AÇIQLADI


“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaranandan sonra Ədalət Vəliyevin çox ciddi fəaliyyəti oldu”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, ölkədə yeni təmərküzləşmə, partiyalararası münasibətlərin sivil qaydada tənzimlənməsi, milli maraqları özündə ehtiva edən məsələlərdə ortaq davranış məhz bu görüşlərin nəticəsi olaraq ortaya çıxdı: "Əslində zəfər gedən yolda ölkəmizdə milli birliyin olması çox ciddi amildir və milli birliyin təmin olunmasında da partiyanın ortaya qoyduğu mövqe də çox ciddi məsələdir. Biz siyasi partiyalar olaraq bütün ölkə üzrə milli maraqlarımızı qorumaq üçün müvafiq mövqedən çıxış etdik. Dünən ki, müzakirələr də göstərdi ki, əsas əhval-ruhiyyə bu birliyi qoruyub saxlamaqdır. Görüşdə bir çox məsələlər müzakirə olundu. Bundan sonra da keçiriləcək görüşlərdə indi verilən təkliflərin nəticələri ilə bağlı, onların nəzərə alınması ilə bağlı bizə məlumat veriləcəkdir. Düşünürəm ki, bu sevindirici bir haldır. Hesab edirəm ki, ölkəmizin gələcəyi üçün bu çox ciddi bir addımdır".

Arzu Qurbanzadə/sia.az

Geri dön