Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsi təhlükəsi artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsi təhlükəsi artıb

Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsi təhlükəsi artıb


Tbilisinin Vaşlidcvari rayonu ərazisində torpaq sürüşməsi təhlükəsi artıb. Ərazidə yeni çatlar yaranıb, əvvəlki yarğanların həcmi böyüyüb.

Tbilisi şəhər meriyası problemin tezliklə həllinə çalışır.

Lakin geoloqların fikrincə ərazidə vəziyyət təhlükəlidir, istənilən vaxt torpaq sürüşməsi baş verə bilər. Bu isə çox ciddi və daha böyük problemlər yarada bilər.

Meriya baş verən texnogen hadisənin ərazidə aparılan infrastruktur layihələri, xüsusilə də Marşal Qelovani prospekti ilə Maçavariani küçəsini birləşdirəcək yeni yolun çəkilişi ilə əlaqəli olmadığını iddia edir.

Qeyd edək ki, Tbilisinin Vaşlidcvari rayonu ərazisində ilk torpaq sürüşməsi bu ilin martında qeydə alınıb. Rayonda magistral yolun yaxınlığında həm xeyli uzunluqda, həmdə çox dərin torpaq çatı yaranıb.

Tbilisi şəhər meriyası ərazidə yaranmış təhlükəni nəzərə alaraq yolun əsas hissəsində avtomobillərin hərəkətini qadağan edib.

Meriya torpaq sürüşməsinin qarşısını almaq, insanları mümkün təhlükələrdən qorumaq üçün tədbirlər görür. Yamac boyu yolda təhlükəsizliyi təmin etmək üçün beton sədlər tikilir.

Torpaq sürüşməsinin qeydə alındığı ərazilərdə turizm obyektləri, göllər və digər əyləncə mərkəzləri var.

Mütəxəssislər hesab edirlər ki, 2015-ci il iyunun 13-dən 14-nə keçən gecə Tbilisidə Vera çayının daşması nəticəsində baş verən daşqından sonra bəzi ərazilərdə torpaq sürüşməsi fəallaşıb. Həmin vaxt bəzi ərazilərdə kiçik torpaq sürüşmələri də qeydə alınmışdı. İndi bu ərazilərdə yaranmış təbii fəlakətə baş vermiş daşqın da səbəb ola bilər.

Qeyd edək ki, həmin daşqın nəticəsində 22 nəfər həlak olmuşdu. Şəhər ərazisindəki zoopark və digər obyektlər, evlər su altında qalmışdı.

Geri dön