Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı beşinci konqres keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Türk dünyası-Turan > Daşkənddə “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı beşinci konqres keçirilir

Daşkənddə “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı beşinci konqres keçirilir


Mədəni İrs Həftəsi çərçivəsində Daşkənddə “Özbəkistanın mədəni irsi - yeni renessansın bünövrəsi” adlı beşinci konqres keçirilir.

Mədəni İrs Həftəsi sentyabrın 13-dən 21-dək Daşkənddə, Xivədə və Nukusda baş tutacaq.

Tədbirdə sosial və humanitar elmlər üzrə alimlər, filosoflar, tarixçilər, şərqşünaslar, dilçilər, sənətşünaslar, antropoloqlar, əlyazmalar və müniatürlər üzrə mütəxəssislər iştirak edir.

Konqresə Azərbaycan alimləri də qatılıblar.

Sentyabrın 14-15-də isə Özbəkistanın qədim Xivə şəhərində UNESCO-nun iştirakı ilə “Mərkəzi Asiya dünya sivilizasiyasının ayrıcında” adlı beynəlxalq mədəniyyət Forumu keçiriləcək.

Tədbirə dünyanın 46 ölkəsindən 350-dən çox nümayəndə qatılacaq.

Forumda Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da iştirak edəcək.

Geri dön