Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə son sutkada 276 nəfər koronavirus pandemiyasının qurbanı olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Türkiyədə son sutkada 276 nəfər koronavirus pandemiyasının qurbanı olub

Türkiyədə son sutkada 276 nəfər koronavirus pandemiyasının qurbanı olub


Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində son sutka ərzində 334 min 535 nəfər virusa qarşı testdən keçirilib.

Yoxlamadan keçirilənlərdən 27 min 802 nəfərdə virus aşkarlanıb. Gün ərzində 276 nəfər həyatını itirib, 29 min 191 şəxs sağalıb. Bildirilir ki, ölkə üzrə COVID-19 infeksiyasına qarşı peyvənd olunanların ümumi sayı 105 milyon nəfərə yaxınlaşır.

Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, koronavirus infeksiyasına kütləvi yoluxmanın qarşısının alınması üçün ən düzgün yol peyvənd olunmaqdır. Bununla bərabər əhali maska taxmalı, təmizliyə əməl etməli və sosial məsafə saxlamaq qaydalarına fikir verməlidir.

Geri dön