Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çexiya ordusunu yeni nəsil artilleriya qurğuları ilə təchiz edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Çexiya ordusunu yeni nəsil artilleriya qurğuları ilə təchiz edir

Çexiya ordusunu yeni nəsil artilleriya qurğuları ilə təchiz edir


Çexiya ordusunu yeni nəsil artilleriya qurğuları ilə təchiz edir.

Çexiya KİV-inə istinadla xəbər verir ki, ölkə ordusunun generaliteti artilleriyanın yenidən silahlanmasının başlanması haqqında qərar qəbul edib. Təqribən 334 milyon avro NATO-nun tələblərinə cavab verməyən “DANA” özüyeriyən artilleriya qurğularının (ÖAQ) dəyişdirilməsinə və 52 yeni “CAESAR” fransız qurğusunun alınmasına ayrılıb.

Xatırladaq ki, bu tip ÖAQ-ın istehsalçısı tanınmış “Nexter Systems” şirkətidir. Sifarişin sentyabr ayının sonuna qədər veriləcəyi gözlənilir. İnflyasiya səbəbindən onun dəyəri ilkin hesablamalara nisbətən 40 faiz artacaq. Bu, komplektləşdirici hissələrin və xammalın bahalaşması ilə əlaqədardır. Tam quraşdırma Çexiyanın özündə aparılacaq, Tatranın şassisi və onun zirehli kabinləri baza rolunu oynayacaq.

Geri dön