Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Masallının qarğıdalı sahələrindən 197,5 ton məhsul yığılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Masallının qarğıdalı sahələrindən 197,5 ton məhsul yığılıb

Masallının qarğıdalı sahələrindən 197,5 ton məhsul yığılıb


Masallılı fermerlər bu il 59,5 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Hazırda təsərrüfatlarda qarğıdalı yığımının qızğın çağıdır. İndiyədək sahələrdən 197,5 ton dən qarğıdalı yığılıb. Hər hektardan orta məhsuldarlıq 33,2 sentner təşkil edir.

Bu barədə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Qeyd edək ki, rayonun fermerləri ötən il 65,5 hektar qarğıdalı sahəsindən 217,1 ton məhsul istehsal ediblər.

Geri dön