Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhidlərin əziz xatirəsi anılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Şəhidlərin əziz xatirəsi anılıb

Şəhidlərin əziz xatirəsi anılıb


Sentyabrın 16-da Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzində Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn iki qardaş - Bəhrəm və İman Məmmədzadələrin xatirəsinə həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları, Qarabağ əlilləri, hərbi qulluqçular və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid qardaşların qısa və şərəfli döyüş yollarından, onların Vətən müharibəsində göstərdikləri cəsarətlərindən danışıblar. Vurğulanıb ki, Bəhrəm və İman qardaşları kimi oğullar hər zaman xalqımızın yaddaşında yaşayacaqdır.

Sonda Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərlik mövzusunda ifaları olub.

Geri dön