Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstan da kiril əlifbasından imtina edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Qazaxıstan da kiril əlifbasından imtina edir

Qazaxıstan da kiril əlifbasından imtina edir


Qazaxıstan internet mediasının verdiyi məlumatına görə, bu barədə ölkə Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın müstəqilliyinin 21-ci ildönümünə həsr edilmiş təntənəli tədbirdə çıxışı zamanı bildirib.
"Artıq indidən 2025-ci ildə latın qrafikasına keçid üzrə hazırlıq işlərinə başlamaq lazımdır", - deyə Nazarbayev vurğulayıb.
Onun fikrincə, bu, dilin inkişafına imkan yaradacaq, həmçinin qazax dilini müasir informasiya dilinə çevirəcək.
Nazarbayevin bu çıxışı Rusiya politoloqlarını xüsusi ilə qıcıqlandırıb.
20 ildir kiril əlifbasının Qazaxıstana daha çox lazımolduğunu düşünən Nazarbayevin, Baykonur kosmodromunu Rusiyaya icarəyə verməkdən imtina etdikdən sonra əlifba məsələsinin ortaya atılması Astananın Moskva ilə ilgiləri yavaş-yavaş qopardığından xəbər verir.

Geri dön