Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: “İraqda müxalif kürdlərə qarşı hücumlar davam edəcək”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: “İraqda müxalif kürdlərə qarşı hücumlar davam edəcək”

İran rəsmisi: “İraqda müxalif kürdlərə qarşı hücumlar davam edəcək”


Sentyabrın 19-da açıqlama verən H.Baqiri xəbərdarlıq edərək deyib ki, İraq hökuməti və Kürdüstan muxtariyyəti İran rejiminə qarşı silahlı mübarizə aparan müxalif kürd qruplarının qarşısını almalıdır.


“Bizim İraq Kürdüstanındakı əksinqilabçı kürd qruplaşmalarına qarşı hərbi əməliyyatlarımız davam edəcək. Biz sərhədlərimizdə hər hansı bir qanun pozuntusuna yol verilməməsinə dözməyəcəyik.


Bizim isə islam respublikasına qarşı sərhədlərdə fəaliyyət göstərən müxalif qruplaşmaların mərkəz və bazalarına qarşı həyata keçirdiyimiz hücumlar BMT-nin bəyannaməsinə uyğun bir addımdır”, -deyə İran silahlı qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqiri bildirib.


Baqiri həmçinin deyib ki, Amerikanın regiondakı hərbi bazaları yığışdırılmalıdır.


“Hesab edirik ki, bu bazalar əksinqilabçıların mərkəzinə çevrilməməli, onlardan həmin qrupları təşkilatlandırmaq üçün istifadə olunmamalıdır”, -deyə Məhəmməd Hüseyn Baqiri bəyan edib.


Xatırladaq ki, hazırda İran İslam Respublikasının müxalifi olan bir neçə kürd siyasi partiyasının, o cümlədən də İran Kommunist Partiyasının Kürdüstan Təşkilatı (Komole), Kürdüstan Azad Həyat Partiyası (Pjak) və Kürdüstan Demokrat Partiyasının (Hədək) İraq Kürdüstanında hərbi bazaları fəaliyyət göstərir.


Qeyd edək ki, SEPAH qüvvələri son günlər İraq Kürdüstanının sərhəd bölgələrində fəaliyyət göstərən iranlı müxalif kürdlərin mövqelərini bir neçə dəfə ağır artilleriya atəşinə tutub.

Geri dön