Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nobel mükafatı laureatı Əziz Səncərə İpək Yolu Beynəlxalq Universitetinin fəxri doktoru adı verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Nobel mükafatı laureatı Əziz Səncərə İpək Yolu Beynəlxalq Universitetinin fəxri doktoru adı verilib

Nobel mükafatı laureatı Əziz Səncərə İpək Yolu Beynəlxalq Universitetinin fəxri doktoru adı verilib


Türk alimi, Nobel mükafatı laureatı Əziz Səncər Özbəkistana səfəri çərçivəsində Səmərqənddəki İpək Yolu Beynəlxalq Turizm Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri, bu ali məktəbin rektoru Aziz Abduhakimov böyük alimi salamlayıb, onun universitetə gəlməsindən məmnun olduğunu bildirib, alimin xidmətlərindən danışıb.

Baş nazirin müavini deyib ki, universitetin Elmi şurasının qərarı ilə Əziz Səncərə fəxri doktor adı verilib. Sonra o, fəxri doktor vəsiqəsini və bu ali məktəbin mantiyasını alimə təqdim edib.

Daha sonra alim müəllim və tələbələrin çoxsaylı suallarına cavab verib.

Əziz Səncərin Özbəkistanda bir sıra digər görüşləri də nəzərdə tutulub.

Geri dön