Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pandemiya dövründə Mərkəzi Elmi Kitabxanada ən çox tələb olunan ədəbiyyatlar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Pandemiya dövründə Mərkəzi Elmi Kitabxanada ən çox tələb olunan ədəbiyyatlar

Pandemiya dövründə Mərkəzi Elmi Kitabxanada ən çox tələb olunan ədəbiyyatlar


Ölkədə koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) da bir çox müəssisələr kimi oxucularına elektron (onlayn) xidmət göstərir.

MEK-dən bildirilib ki, bu müddət ərzində kitabxananın zəngin fondlarına əsas müraciət AMEA-nın elmi-tədqiqat institutlarından, həmçinin tədqiqat işi aparan alimlər, ali məktəb müəllimləri, tələbələr və müxtəlif sahələrdən olan geniş oxucu kütləsi tərəfindən edilib. MEK tərəfindən biblioqrafik sorğu, sənədlərin sifarişi, virtual sərgi, metodiki xidmət, elektron sifariş kimi onlayn xidmətlər oxucular üçün aktivdir və bu proses davam edir.

Oxucular onlara lazım olan resursları kitabxananın onlayn xidmətlərinə yazırlar və onların sorğusu qısa zamanda cavablandırılır. MEK-in virtual oxucuları hər gün elektron kitabxanaya daxil olaraq elektron resursdan istifadə edə bilirlər.

Mərkəzi Elmi Kitabxananın Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın verdiyi məlumata əsasən, pandemiya dövründə kitabxanaya edilən müraciətlərin statistikasına nəzər saldıqda daha çox elmi-tədqiqat mərkəzləri tərəfindən elmi araşdırmalarla bağlı müraciətlər üstünlük təşkil edib. Elmi əsərlər jurnallarına, siyasi, tibb, tarix və xarici ədəbiyyatlara, xüsusilə türk ədəbiyyatlarına ehtiyac yaranıb. 44 günlük Vətən müharibəsi dövründə qazanılan şanlı Qələbəmizlə əlaqəli qəzet və jurnal materiallarına və digər nəşrlərə müraciətlər olunub. “Nizami Gəncəvi İli”ndə oxucular tərəfindən dahi şairin yaradıcılığına məxsus kitablara maraq daha da artıb. MEK-ə edilən müraciətlər arasında müxtəlif yaş kateqoriyasında olan oxucular, xüsusilə gənclər bədii kitablara daha çox üstünlük veriblər.

Geri dön