Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İndiyədək ölkədə 45 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İndiyədək ölkədə 45 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb

İndiyədək ölkədə 45 mindən çox yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb


Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkədə 45 min 589 ədəd yeni nəsil NKA quraşdırılıb.

Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2021-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çoxdur.

Geri dön