Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycana payız gəldi...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş > Azərbaycana payız gəldi...

Azərbaycana payız gəldi...


Azərbaycana payız fəsli qədəm qoydu.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, sentyabrın 22-də saat 23:21-də payız gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçəcək.

Qeyd edək ki, qış fəsli (qış günəş duruşu) dekabrın 21-i saat 19:59–da Azərbaycana qədəm qoyacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə müşahidə olunur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Geri dön