Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İstanbulda XV Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik, Türk dünyası-Turan > İstanbulda XV Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirilir

İstanbulda XV Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirilir


Beynəlxalq tədbirin məqsədi türkdilli xalqlara mənsub gənclər arasında həmrəylik və əməkdaşlıq bağları yaratmaqdır



Türkiyənin İstanbul şəhərində XV Türk Dünyası Gənclik Günləri və Qurultayı keçirilir. “Dünya Türk Gəncləri Birliyi” İB-nin təşkil etdiyi tədbir dekabrın 16-dan 19-a qədər davam edəcək. Beynəlxalq Qurultayın məqsədi müxtəlif Türkdilli dövlət və xalqların gənclik təşkilatlarını bir araya gətirmək, onlarla görüşlər keçirmək və gələcək fəaliyyətlərlə bağlı razılaşmalar əldə etməkdir.

Qurultayda fin-uqor xalqlarının nümayəndələrilə yanaşı, ilk dəfə olaraq Buryad və Kalmik (Monqol dilli) xalqlarının nümayəndələri qurultayda iştirak edəcək. Bu vaxta kimi təmsil olunmayan və adı ancaq qədim tarixdə hallanan, Şimali Qafqazda yaşayan Turuxmenlər nümayəndələrinin iştirakı da gözlənilir. Bundan başqa, Qurultay çərçivəsində ilk dəfə olaraq DTGB-nin Qadınlar Şurası və Türk Dünyası gənc jurnalistlərinin ilk zirvəsi keçiriləcəyi planlaşdırılır.

Beynəlxalq tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər də iştirak edirlər. Hər iştirak edəcək xalqdan gənc ifaçılar və sənətçilər öz musiqi folklor mədəniyyətindən maraqlı və fərqli türk havaları, rəqsləri ifa edəcəklər.

Geri dön