Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllıda Anım Günü ilə əlaqədar inşa-yazı müsabiqəsi keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > İsmayıllıda Anım Günü ilə əlaqədar inşa-yazı müsabiqəsi keçirilib

İsmayıllıda Anım Günü ilə əlaqədar inşa-yazı müsabiqəsi keçirilib


İsmayıllıda 27 sentyabr – Anım Gününə həsr edilmiş gənclər arasında inşa-yazı müsabiqəsi keçirilib. İnşa-yazı müsabiqəsində 20 nəfər yuxarı sinif şagirdi iştirak edib. Müsabiqənin təşkilatçıları olan idarələrin rəhbərləri İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov və təhsil şöbəsinin məsul işçisi Ülviyyə Zeynalova iştirakçıları salamlayaraq 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbədən danışıb, iştirakçılarına uğurlar arzulayıblar. İnşa-yazı müsabiqəsi sentyabrın 27-də yekunulaşacaq, ən yaxşı yazının müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılaçaq və bu münasibətlə mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd şanlı Qələbəmizin canlı şahidi olan gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və onlarda dövlətçilik, vətənə sevgi hissini daha da gücləndirməkdir.

Geri dön