Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 27 Sentyabr - Anım Günü Avstraliyada da qeyd olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > 27 Sentyabr - Anım Günü Avstraliyada da qeyd olunub

27 Sentyabr - Anım Günü Avstraliyada da qeyd olunub


27 sentyabr – Anım Günü Avstraliyanın Sidney şəhərində Avstraliya Azərbaycan Assosiasiyasının (AAA) üzvləri tərəfindən qeyd olunub.

Karantin rejimi ilə əlaqədar kütləvi tədbirlərə icazə verilmədiyinə görə tədbirdə məhdud sayda iştirakçı olub. AAA-nın prezidenti Mikayıl bəy Oyta Avstraliyanın hökumət strukturalrına, qeyri-hökumət təşkilatlarına, beyin mərkəzlərinə və kütləvi-informasiya vasitələrinə ünvanlanmış bəyanatı oxuyub.

Bəyanatda deyilir ki, Avstraliyada yaşayan azərbaycanlılar 30 ilə yaxın bir müddətdə işğalda olan Qarabağın 44 günə azad edən qəhrəman, vətənpərvər Azərbaycan Ordusu və Ali Baş Komandan, Prezident İlham Əliyevlə fəxr edirlər.

Sənəddə deyilir: “27 Sentyabr 2021-ci il Anım Günüdür. Tam bir il öncə Azərbaycan Ordusu şəhid verməklə işğal edilmiş əraziləri azad etdi. Bu gün biz Azərbaycanımızın bütün şəhidlərinin xatirəsini yad edirik.

30 ilə yaxın bir dövrdə işğalçı, cinayətkar Ermənistan və onun himayədarları topraqlarımızda cinayət törədiblər. Ermənistan işğalda olan torpaqlarda bütün tarixi yerləri, yaşayış məntəqələrini, ətraf mühiti məhv edəndə bəzi Avropa ölkələri bu cinayətə susurdular.

Biz əminik ki, Azərbaycan Türkiyənin və digər dost dövlətlərin yardimı ilə Ermənistanın törətdiyi bütün vandalizm əməllərini, dağıdılan yaşayış yerlərini yenidən, ən modern və gözəl şəkildə bərpa edəcək”.

Geri dön