Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qırğızıstanda keçirilən Beynəlxalq Dünya Eposları Festivalında ölkəmiz də təmsil olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Qırğızıstanda keçirilən Beynəlxalq Dünya Eposları Festivalında ölkəmiz də təmsil olunub

Qırğızıstanda keçirilən Beynəlxalq Dünya Eposları Festivalında ölkəmiz də təmsil olunub


Qırğızıstanda keçirilən Beynəlxalq Dünya Eposlarının VI festivalı başa çatıb. Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə müstəqilliyinin 30 illiyi və tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala dünyanıın 20 ölkəsindən gələn nümayəndələr qatılıb.

Tədbirdə ölkəmizi kulturoloq və yaponşünas alim Əbülfəz Babazadə təmsil edib.

Sentyabrın 25-dək davam edən festivalda müxtəlif xalqların milli oyunları və rəqsləri nümayiş olunub.

Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar keçirilib.

Azərbaycan aliminin “Manas” eposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzusundakı tədbirdə Türk xalqlarının və yaponların dastan ənənələri, əfsanələri haqqında öz elmi tədqiqatları əsasında hazırladığı “Yapon mədəniyyətində Türk faktoru“ adlı məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb. Ə. Babazadə, eyni zamanda festivalın dünya xalqları mədəniyyətlərinin inteqrasiyası üçün bir platforma olduğunu da diqqətə çatdırıb.

Geri dön