Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Diaspor rəhbəri medalla təltif edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Diaspor rəhbəri medalla təltif edilib

Diaspor rəhbəri medalla təltif edilib


Hollandiyada fəaliyyət Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri İlhan Aşkın Den-Haaq şəhər bələdiyyəsinin rəhbərliyi tərəfindən 25 illik ictimai və könüllü fəaliyyətinə görə, medalla təltif olunub.

Təltif olma mərasimində ölkənin siyasi-ictimai və mədəniyyət xadimləri iştirak ediblər. Həmçinin əlavə edək ki, İlhan Aşkın Azərbaycan həqiqətlərinin holland ictimaiyyətində çatdırılmasında fəaliyyət göstərən şəxsdir.

1992-ci ilin fevral ayının 26-da Ermənistan və rus ordusu tərəfindən həyata keçirilən Xocalı faciəsinə bu şəhərdə abidə qoyduran təşkilat sədridir.
Təşkilat sədrini təbrik edirik və uğurlar arzulayırıq!

Geri dön