Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ukraynalı jurnalistlər Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazilərə baş çəkiblər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Ukraynalı jurnalistlər Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazilərə baş çəkiblər

Ukraynalı jurnalistlər Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazilərə baş çəkiblər


Ölkəmizdə səfərdə olan ukraynalı jurnalistlər sentyabrın 28-də Gəncə şəhərinə səfər ediblər.

Ukraynalı jurnalistlər ötən il oktyabrın 11-də və 17-də gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri, cəbhə zonasından kənarda yerləşən Gəncədə Ermənistan silahlı qüvvələrinin raket atəşi nəticəsində törədilən cinayətin izləri ilə tanış olublar. Məlumat verilib ki, Vətən müharibəsi zamanı açıq hərbi əməliyyatlarda ardıcıl məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatlarının qarşısını almaq, bu hücumları dayandırmaq, xalq arasında qorxu və vahimə yaratmaq məqsədilə dinc insanların məskunlaşdığı yaşayış məntəqələrini qadağan edilmiş raketlərdən atəşə tutur, mülki vətəndaşlarımız arasında böyük tələfatlara nail olmağa çalışırdı. İşğalçı dövlətin silahlı qüvvələri bununla da beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozdular. Bu qanlı terror hadisəsi Ermənistanın dövlət səviyyəsində terroru himayə edən ölkə olduğunu bir daha sübut etdi. Gəncə şəhərinin raket zərbələrinə məruz qalması beynəlxalq hüququn kobud şəkildə pozulması ilə bərabər, düşmən ölkənin məkrli məqsədlərindən xəbər verir. Düşmənin Gəncə şəhərinə ardıcıl raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Geri dön