Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş rəsm sərgisi açılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş rəsm sərgisi açılıb

Bakıda Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş rəsm sərgisi açılıb


Mədəniyyət Nazirliyi, “ASAN xidmət”, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin və “ASAN Könüllülük Məktəbi”nin təşkilatçılığı ilə 27 sentyabr-Anım Gününə həsr olunmuş “Misilsiz cəsarət” adlı rəsm sərgisi açılıb.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərginin ekspozisiyasında Azərbaycan rəssamları və heykəltəraşlarının müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi 40-a yaxın əsəri yer alıb.

Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçirilib.

Geri dön