Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Daşkənddə keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalda ölkəmiz də iştirak edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Daşkənddə keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalda ölkəmiz də iştirak edir

Daşkənddə keçirilən “İpək yolu dürdanəsi” adlı beynəlxalq kinofestivalda ölkəmiz də iştirak edir


Daşkənddə “İpək yolu dürdanəsi” adlı Beynəlxalq kinofestivalın təntənəli açılış mərasimi keçirilib

Festivalın açılış mərasimində dünyanın 50-yə yaxın ölkəsindən 350 qonaq, eləcə də Özbəkistanın dövlət strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Aziz Abduhakimov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubunu oxuyub.

Festival çərçivəsində Azərbaycan filmləri günü də keçiriləcək. Azərbaycan kinematoqrafçılarının filmləri Özbəkistanın Daşkənd, Xivə və Nukus şəhərlərində göstəriləcək.

Nümayəndə heyətinə Azərbaycan Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, kinorejissor və ssenarist Rüfət Həsənov, Xalq artisti, kinorejissor Vaqif Mustafayev, “Azərbaycanfilm” studiyasının direktoru Fariz Əhmədov, rejissor Afaq Yusifli və digərləri daxildir.

Rüfət Həsənov öz çıxışında belə bir festivalın keçirilməsi üçün Özbəkistan tərəfinə minnətdarlıq edərək bildirib ki, Daşkənd festivalı dünyanın nüfuzlu kinematoqrafçılarını bir araya yığa bilib. O, festivala uğurlar arzulayıb, Azərbaycan kinematoqrafçılarının fəaliyyətindən danışıb.

Yüz əlli filmin nümayiş olunacağı Daşkənd festivalında fəxri qonaq kimi dünyanın məşhur aktyorları və rejissorları - Stiven Siqal, Nikita Mixalkov, Timur Bekmambetov, Pavel Priluçnı, Lyuk Besson, Mithun Çakraborti və digər məşhur sənət adamları iştirak edir.

Geri dön