Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > UEFA Çempionlar Liqası: “Barselona” səfərdə “Benfika”ya məğlub olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > UEFA Çempionlar Liqası: “Barselona” səfərdə “Benfika”ya məğlub olub

UEFA Çempionlar Liqası: “Barselona” səfərdə “Benfika”ya məğlub olub


Sentyabrın 29-da UEFA Çempionlar Liqasının qrup mərhələsində ikinci turun oyunlarına yekun vurulub.

Gecənin ən maraq doğuran görüşü İtaliyada keçirilib. “Yuventus” öz meydanında turnirin son çempionu “Çelsi” komandasını qəbul edib. Görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun taleyin həll edən qol matçın ikinci hissəsində (46-cı dəqiqə) vurulub. Federik Kiyeza Federiko Bernardeskinin ötürməsini qola çevirib.

Günün sensasiyası Portuqaliyada qeydə alınıb. "Benfika" gözlənilmədən "Barselona"nı üç cavabsız qolla məğlubiyyətə uğradıb. Qeyd edək ki, Kataloniya təmsilçisi birinci turda eyni hesabla "Bavariya"ya məğlub olmuşdu.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

"Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0;

"Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0.

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4,

"Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

"Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0;

"Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1.

Xal durumu: "Atalanta" - 4,"Mançester Yunayted" - 4, "Yanq Boyz" - 3, "Vilyarreal" - 1.

G qrupu

"Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1.

"Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1.

Xal durumu: "Zaltsburq" - 4, "Volfsburq" - 2,

"Sevilya" - 2, "Lill" - 1.

H qrupu

"Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0;

"Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0.

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0

Qeyd edək ki, qrup mərhələsində II turun digər 8 görüşü ötən gün oynanılıb

Geri dön