Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ermənilərə nəinki status, heç muxtariyyət də düşmür, onlar vətəndaşdır - Prezidentin net təyinatı...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Ermənilərə nəinki status, heç muxtariyyət də düşmür, onlar vətəndaşdır - Prezidentin net təyinatı...

Ermənilərə nəinki status, heç muxtariyyət də düşmür, onlar vətəndaşdır - Prezidentin net təyinatı...


Fərəc Quliyev: “Prezidentin səsləndirdiyi tezislər tamamilə doğrudur və milli iradəyə uyğundur”

“Sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.

Bunu Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində deyib.

Ölkə başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır”.

Bütün bunlardan sonra Qarabağdakı ermənilərə nəinki status, heç muxtariyət də düşmür. O baxımdan prezident birdəfəlik bu məsələyə nöqtə qoydu.

“Qarabağdakı ermənilərə hansısa xüsusi status niyə verilməlidir ki?”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin fikrincə, Prezidentin sərgilədiyi mövqe Azərbaycanın milli maraqlarına tam cavab verir: “Azərbaycan, Ermənistandan fərqli olaraq, monoetnik dövlət deyil. Bizdə müxtəlif etnoslar yaşayır və bunların arasında bir bərabərlik işarəsi var. Burada kimsə kimsəni etnik mənsubiyyətinə görə tanımır və qiymətləndirmir. Hamı vətənçiliyə görə bir-birinə bağlıdır. Azərbaycanda dinlərə də eyni münasibət var. Ona görə də Prezident məlum fikirləri səsləndirərkən ölkədəki əməli fəaliyyətə söykənir. Bütün dünya bilir ki, bu yöndə Azərbaycanda vəziyyət necədir. Belə olan halda Qarabağdakı ermənilərə hansısa xüsusi status niyə verilməlidir ki? Bu gün Bakının mərkəzində erməni kilsəsi mövcuddur və heç kəs ona toxunmur. Ermənilərdən bir maşa kimi istifadə edilirsə, onlar separatçılıqla məşğul olursa, təbii ki, Azərbaycan bunun qarşısını alacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan unitar dövlətdir. Məgər ölkədəki hansısa etnosa dövlət qurulmalıdır? Təbii ki, yox. Separatçılar Ermənistan ərazisində hansısa dövlət qurmaq istəyirlərsə, bu problem deyil. Qarabağ münaqişəsi artıq çoxdan bitib. Bu baxımdan postmünaqişə dövrünün öz reallıqları var. Belə olan halda bizim qarşımızda heç kəs dayana bilməyəcək. Status söhbəti də bitib. Orada Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Qarabağ iqtisadi zonasında da həm türk, həm də erməni əsilli azərbaycanlılar öz gələcəklərini qurmaq imkanlarına malikdilər. Təbii ki, Azərbaycan Konstitusiyasına, qanunlarına əməl edərək. Yoxsa başqa yol yoxdur. Hansısa dairələr ermənilərdən maşa kimi istifadə edib ölkəni parçalaya bilməyəcək. Çünki Azərbaycan 30 il əvvəlki dövlət deyil. Kənar qüvvələrin Azərbaycanda dominant olmasına icazə verməyəcəyik. O baxımdan Prezidentin səsləndirdiyi tezislər tamamilə doğrudur və milli iradəyə uyğundur”.

Bir sözlə, partiya sədri hesab edir ki, bundan sonra heç bir status və muxtariyətdən söhbət gedə bilməz.

Vidadi ORDAHALLI/baki-xeber.com

Geri dön