Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllı rayonunda kartof yığımı başa çatıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > İsmayıllı rayonunda kartof yığımı başa çatıb

İsmayıllı rayonunda kartof yığımı başa çatıb


İsmayıllı rayonunda kartof yığımı başa çatıb. Fermerlər və fiziki şəxslər sahələrdən 14 min 611 ton məhsul götürüblər ki, bu da əvvəlki ildəkindən 129 ton çoxdur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari ildə 976 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 6 hektar çox olub. 315 hektar sahədə əkin sənaye üsulu ilə aparılıb. Fermerlər belə sahələrin hər hektarından 350-400 sentner məhsul götürüblər. May ayından cənub ərazilərdən başlayaraq yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.

Kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsi hesab edilir. Artıq son illərdə bir sıra ərazilərdə sahələrin intensiv texnologiya ilə əkilib-becərilməsinə diqqət artıb. Belə sahələrdən yüksək məhsuldarlıq əldə olunur.

Geri dön